"Roma"da yeni müqavilə


İdman 17 Apr 2018 17:46:00 310 0

"Roma"da yeni müqavilə

"Roma" 21 yaşlı yarımmüdafiəçi Lorenzo Pelleqrini ilə yeni müqavilə imzalayıb. Goal.az xəbər verir ki, anlaşma 2022-ci ilə kimi qüvvədə qalacaq. Pelleqrini paytaxt klubunun yetirməsidir. 2015-ci ildə "Sassuolo" klubuna keçən futbolçu 2 ildən sonra 10 milyon avro qarşılığında yenidən "Roma"ya qayıtmışdı. O, 2017-ci ildən İtaliya millisinin də üzvüdür və 3 dəfə "mavi eskadra"nın formasını geyinib.