Lənkəranda 9 küçədə asfaltlanma işləri aparılır - FOTO


İqtisadiyyat 17 Apr 2018 17:39:33 267 0

Lənkəranda 9 küçədə asfaltlanma işləri aparılır - FOTO

2018-ci ilin l rübünün yekunları müzakirə edilib

Lənkəranda 2018-ci ilin l rübünün yekunları müzakirə edilib.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə,bu müddət ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər və Prezidentiİlham Əliyevin Nazirlər Kabinetinin cari ilin lrübünün yekunlarına həsr olunan iclasındakı çıxışından irəli gələn vəzifələrlə bağlı geniş şura iclası keçirilib.

Şuranı giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH)başçısı Taleh Qaraşov 11 aprel 2018-ci il tarixli prezident seçkilərinin Lənkəranda da yüksək seçici fəallığı ilə keçdiyini diqqətə çatdıraraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevi lənkəranlılar adından təbrik edib. Sonra icra başçısı cari ilin l rübündə respublikanın bütün bölgələri kimi, Lənkəranın da sosial-iqtisadi inkişafının sürətlə davam etdiyini qeyd edərək bidirib ki, bu müddət ərzindərayonda ümumi məhsul buraxılışı 67,7 milyon manat, o cümlədən sənayedə 8,7 milyon, kənd təsərrüfatında 12,4 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən sənaye 3,2 faiz, kənd təsərrüfatı 1,7 faiz çox olub: "Rayonda abadlıq və quruculuq işləri daha da sürətlənib, 9 çoxmənzilli yaşayış binasının qəzalı vəziyyətdə olan dam örtükləri, küçə və xiyabanlarda, magistral yolların kənarında hasar və bardürlər təmir olunub. Əşlə kəndində yeni avtomobil körpusu tikilib, Miri Cavadzadə küçəsində qəzalı vəziyyətdə olan körpü daxili imkanlar hesabına təmir olunub, Siyavar kəndində 96 şagird yerlik yeni modul tipli məktəb istifadəyə verilib. Hazırda şəhərin 9 küçəsində asfaltlanma işləri aparılır, Olimpiya İdman Kompleksinin və “Lənkəran İstisu və Sağlamlıq Mərkəzi”nin tikintisi sürətlə davam etdirilir.Cənab Prezidentin müvafiq sərəncamına əsasən yaxın günlərdə yeni xalça fabrikinin, 4 ucqar dağ kəndində yeni modul tipli məktəbin quraşdırılmasına və Gəgiran kəndində 264 şagird yerlik yeni məktəbin tikintisinə başlanacaqdır".

T.Qaraşov əlavə edib ki, rüb ərzində rayonda 790-ı daimi olmaqla 925 yeni iş yeri açılıb: "Ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar cari ildə ilk dəfə olaraq rayonda barama istehsalına başlanılıb vəbununla əlaqədar son hazırlıq işlərinin görülüb. Bu məqsədlə Çin texnologiyası üzrə müasir kumxananın tikilib".

Sonra ŞİH başçısının birinci müavini Möhübbət Babayev 2018-ci ilin birinci rübündə Lənkəran rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib.

Məruzə ətrafında çıxışlardan sonraT.Qaraşov yekun sözü söyləyərək rayonda abadlıq, quruculuq işlərinin davam etdirilməsi, sosial infrastrukturun yenilənməsi, kənd təsərrüfatının, xüsusilə çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyinin və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrasından ötrü aidiyyəti qurumların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.