Benzema: "Fransa millisinə lazım olsam, məni harda axtaracaqlarını bilirlər"


İdman 17 Apr 2018 17:28:00 296 0

Benzema: "Fransa millisinə lazım olsam, məni harda axtaracaqlarını bilirlər"

"Real Madrid"in hücumçusu Kərim Benzema 2015-ci ildən dəvət almadığı Fransa millisi haqqında danışıb. Goal.az xəbər verir ki, 30 yaşlı forvard bunları deyib:

"Fransa himnini oxumamaq? Marselyoza müharibəyə səsləyir. Bu, mənim xoşuma gəlmir.

Sənin haqqında baş nazir danışırsa, futbol ikinci plana keçir. İdman və siyasəti qarışdırmaq olmaz. Mənim işimi siyasət çətinə saldı. Bu period mənim üçün asan olmadı. Hətta bir gün həbsdə qaldım və 1 gün gec Madridə qayıtdım. İndi 30 yaşım var, iki övlad sahibiyəm. Keçmişə sakit baxıram. Fransa millisinə lazım olsam, məni harda axtaracaqlarını bilirlər".

Benzemanın Fransa himnini oxumamasına yerli federasiyanın prezidenti Noel Le Qre və ölkənin baş naziri də münasibət bildirmişdi.