"Chelsea"nin müdafiəçisi cəzalandırıla bilər


İdman 17 Apr 2018 17:06:00 265 0

"Chelsea"nin müdafiəçisi cəzalandırıla bilər

İngiltərə Futbol Assosasiyası (FA) "Chelsea"nin müdafiəçisi Markos Alonsonu cəzalandıra bilər. Goal.az xəbər verir ki, ispaniyalı futbolçunu Premyer Liqanın 34-cü turunda "Southampton" ilə oyunda (3:2) etdiyi hərəkətə görə diskvalifikasiya gözləyir. O, Şeyn Lonqa qarşı kobud oynasa da, baş hakim Mayk Din heç sarı vərəqəyə də əl atmamışdı. "Southampton"un baş məşqçisi Mark Hyuz oyundakı idarəçilikdən narazılığını bildirmişdi.