BVF Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu yüksəldib


Digərləri 17 Apr 2018 17:08:00 238 0

BVF Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu yüksəldib

Beynəlxalq Valyuta Fondu (BVF) 2018-ci il üçün Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu 1,3 faizdən 2 faizədək yüksəldib

Bakı. Azad Həsənli - Beynəlxalq Valyuta Fondu (BVF) 2018-ci il üçün Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu 1,3 faizdən 2 faizədək yüksəldib. Trend-in məlumatına görə, bu barədə “World Economic Outlook” hesabatında deyilir. Qeyd olunur ki, proqnozun təkrar nəzərdən keçirilməsinin səbəbi iqtisadiyyata dövlət investisiyalarının gözləniləndən daha yüksək olmasıdır. 2019-cu il üçün BVF Azərbaycanda ümumi daxili məhsulun 3,9 faiz artacağını proqnozlaşdırır.