Çindən 7 min qutu ipəkqurdu toxumları gətirilib


Digərləri 17 Apr 2018 16:46:51 199 0

Çindən 7 min qutu ipəkqurdu toxumları gətirilib

Hibridipəkqurdu sənaye toxumları nkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb.

Bakı. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çindən iki mərhələdə 13000 (on üç min) qutu qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq aran, dağlıq və dağətəyi rayonlar nəzərə alınaraq 2 mərhələdə respublikamıza gətirilməsi nəzərdə tutulub. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu gün ilkin mərhələdə 7000 (yeddi min) qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq respublikaya gətirilib və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb. Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında respublikanın 40 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub. Aprel ayının 24-də isə ikinci mərhələdə daha 6000 (altı min) qutu hibridipəkqurdu sənaye toxumları (qrena) gətirilərək kümçülərə əvəzi ödənilmədən paylanılacaqdır.