"Amerikada buna sahib ilk Azərbaycanlı mənəm"


Şou-biznes 17 Apr 2018 16:36:00 225 0

"Amerikada buna sahib ilk Azərbaycanlı mənəm"

Uzun illərdir Amerikada yaşayan əslən Azərbaycanlı model Stefano Suaros yenidən Amerikada dəb bilicilərini başına toplayıb və özünün S&D Magazine jurnalini təqdim edib.

Nyu-Yorkun mərkəz otellərinin birində baş tutan təqdimatda tanınmış biznesmenlər, dizaynerlər və top modellər iştirak ediblər.

Stefano Suaros Son.az-a açıqlamasında bu sözləri deyib:

"Bu gün çox xoşbəxtəm. Nəhayət ki, S&D Fashion Akademiyasının uzun zamandır üzərində çalışdığım S&D Magazine dərgisini təqdim elədim. Çox yüksək kefiyyətdə hazırlanan dərgimiz, həm qiymət həm də dizayn baxımından bir çox jurnallardan fərqlənir. Dərgidə dünyanın bir çox brend markaları, dizaynerləri və məhşur modelləri, eyni zamanda, həmyerlimiz müğənni İlhamə Qasımova da yer alıb. Təqdimat çox gözəl keçdi. Yaxın dostlarım, iş adamları qonağım oldu. Jurnal Azərbaycanda daxil olmaqla dünyanın 11 ölkəsində satışa çıxarılıb və çox qürur duyuram ki, Amerikada yüksək kefiyyətdə moda dərgisinə sahib olan ilk müsəlman və azərbaycanlı mənəm. Yeri gəlmişkən vətən üçün çox darıxıram, inşallah, yaxın zamanlarda görüşərik".


Xəbərə aid fotolar