Ən fərqli anabala layihəsinə qeydiyyat başladı


Digərləri 17 Apr 2018 16:27:00 397 0

Ən fərqli anabala layihəsinə qeydiyyat başladı

Bakının ən fərqli moda layihəsi hesab olunan, "Best Mom Prince & Princess" ən dəbli ana-bala moda layihəsinə qeydiyyat başladı. 

May ayının 13-də Caspian Ulduz otelində keçiriləcək müsabiqədə "ana-oğul" və "ana-qız" cütlükləri öz zövqlərinə uyğun hazırladıqları dəst geyimdə layihəyə qatılacaqlar. Münsiflər heyətində yer alacaq modelyer-dizaynerler, tanınmış ictimai simalar qiymətləndirmə apardıqdan sonra ilk 3 yerin qalibləri müəyyən edilərək mükafatlandırılacaqlar. Digər iştirakçılar da xatirə olaraq hədiyyə və diplomla təltif olunacaqlar. Layihənin əsas məqsədi "ana-bala dəbi"nin inkişafında böyük rol oynamaq, iştirakçıların öz geyim ideyalarının nümayişini təşkil etmək, valideynlərin zövqlərini daha da formalaşdırmaq və ən əsası uşaq-valideyn bağının bir formasının da geyim olduğunu göstərməkdir. Qeyd edək ki, layihənin rəhbəri  "ailə dəbi" üzrə dizayner Günay Vəliyeva, PR meneceri isə Vüqar Səfərlidir.

Qeydiyyat üçün əlaqə nömrəsi: 050 396 00 21


Xəbərə aid fotolar