Bakıda yanacaqdoldurma məntəqəsinə oyuncaq tapança ilə basqın edən şəxslər tutulub (FOTO)


Digərləri 17 Apr 2018 16:24:00 249 0

Bakıda yanacaqdoldurma məntəqəsinə oyuncaq tapança ilə basqın edən şəxslər tutulub (FOTO)

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər polis əməkdaşları tərəfindən tutulub

Bakı. Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər polis əməkdaşları tərəfindən tutulub Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 16-da gecə saat 03.00 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki nəfər maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib onlardan ümumilikdə 867 manat pul alaraq hadisə yerini tərk ediblər.