"Liverpool" gənc müdafiəçinin məvacibini artırıb


İdman 17 Apr 2018 16:11:00 272 0

"Liverpool" gənc müdafiəçinin məvacibini artırıb

"Liverpool" gənc müdafiəçisi Trent Aleksander-Arnoldun məvacibini artırıb. Goal.az xəbər verir ki, 19 yaşlı futbolçu bundan sonra həftədə 40 min funt qazanacaq. Aleksander-Arnoldun müqaviləsinə görə ölkədaxili turnirlərdə 30 oyun həddinə çatan müdafiəçinin məvacibi artırılmalı idi. Arnold "Liverpool"un öz yetirməsidir. O, əsas komandaya 2016-cı ildən cəlb olunur.