Rusiya energetika nazirinin müavini: "Bazarın idarə olunmasında OPEC-lə əməkdaşlıq bizim üçün əhəmiyyətlidir"


İqtisadiyyat 17 Apr 2018 15:43:35 252 0

Rusiya energetika nazirinin müavini: "Bazarın idarə olunmasında OPEC-lə əməkdaşlıq bizim üçün əhəmiyyətlidir"

Pavel Sorokin: "Bir ölkə, bir təşkilat bütün bazarı idarə edə bilməz"

"Son bir neçə ildə dünyada neftə olan tələbat gündə 5 milyon barelə qədər artıb".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin Moskvada Milli Neft-Qaz Forumunda deyib.

Nazir müavini qeyd edib ki, bazara nəzarət məsələsində OPEC-lə əməkdaşlıq Rusiya üçün vacibdir.

"Digər tərəfdən, hasilat da artır. Buna görə də əməkdaşlıq vacibdir və bu məsələdə OPEC-dən olan həmkarlarımızla mövqelərimiz üst-üstə düşür. Bir ölkə, bir təşkilat bütün bazarı idarə edə bilməz", - P.Sorokin deyib.