Misir universitetində Azərbaycan dilinin tədrisi genişləndirilir


Digərləri 17 Apr 2018 15:48:41 245 0

Misir universitetində Azərbaycan dilinin tədrisi genişləndirilir

Misirn əl-Əzhər Universitetinin “Dillər və tərcümə” fakültəsində də Azərbaycan dilinin tədrisinə başlanılacaq.

Bakı. Misirn əl-Əzhər Universitetinin “Humanitar fənnlər” fakültəsinin ardınca “Dillər və tərcümə” fakültəsində də Azərbaycan dilinin tədrisinə başlanılacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov “Dillər və tərcümə” fakültəsinin dekan müavini, professor Məhəmməd Gazi və “Türk dili” şöbəsinin müdiri, professor Hazim Səidlə keçirdiyi görüşlərdə bu barədə müzakirələr aparılıb.