Çin klubu İniestanı 2 milyon şüşə şəraba aldı


İdman 17 Apr 2018 15:23:00 389 0

Çin klubu İniestanı 2 milyon şüşə şəraba aldı

Barcelona-nın yarımmüdafiəçisi İniestanın Çin klubuna keçəcəyi barədə xəbərlər uzun müddətdir gündəmdədir.

Goal.az xəbər verir ki, heyətində Pato, Modesta kimi futbolçuların yer aldığı Tianjin Quanjian klubu İniestanın həm özünü, həm də istehsalçısı olduğu şərabları almaq üçün yaxşı təkliflə çıxış edib.

MARCA nəşri karyerasının sonlarını yaşayan futbolçunun təklifi qəbul etdiyi bildirilir. Futbolçu yeni klubunda illik 35 milyon avro qazanacaq. Bununla yanaşı, Çin klubu "İniesta" markalı çaxırdan 2 milyon şüşə satın alacaq.