Sarkisyan baş nazir seçilmək üçün üzünü Azərbaycana tutdu


Dünya 17 Apr 2018 15:17:00 305 0

Sarkisyan baş nazir seçilmək üçün üzünü Azərbaycana tutdu

Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı iclas başlayıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Serj Sarkisyan Ermənistan parlamentində deputatların suallarına cavab verir.

15 deputat iclasda iştirak etmir. İclas 90 deputatın iştirakı ilə davam edir. Spiker Ara Babolyan "kvorum var" deyə bildirib.

Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan çıxışında Azərbaycan Ordusunun təhlükəsini xatırladıb və qeyd edib ki, "Azərbaycan faktoru bizim ölkəmizə güclü liderin lazım olduğunu göstərir".

O, Sarkisyanın baş nazir seçilməsinin vacib olduğunu bildirib.