Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkilərinin nəticələri ilə bağlı iclası başlayıb


Digərləri 17 Apr 2018 15:00:00 380 0

Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkilərinin nəticələri ilə bağlı iclası başlayıb

Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb. Trend bildirir ki, iclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki prosesi haqqında məlumat verəcək. Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb. Xəbər yenilənir Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin