Bakıda İƏT gənclər və idman nazirlərinin 4-cü konfransı keçiriləcək


Digərləri 17 Apr 2018 15:08:00 220 0

Bakıda İƏT gənclər və idman nazirlərinin 4-cü konfransı keçiriləcək

Aprelin 18-də Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin 4-cü konfransı keçiriləcək.

Bakı. Aprelin 18-də Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin 4-cü konfransı keçiriləcək. Trend-in məlumatına görə, 2 günlük toplantıda 40-a yaxın İƏT ölkəsini təmsil edən nümayəndə heyətlərində gənclər və idman üzrə nazirlər, dövlət agentliyi və komitə sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilat nümayəndələrinin iştirakı gözlənilir. Gənclər və idman nazirlərinin 4-cü konfransı Azərbaycan Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İslam Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi və İdman Federasiyasının (İƏT İdman Federasiyası) birgə təşkilatçılığı ilə həyata keçirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin