Zakir Qaralov "İzvestiya" qəzetində Azərbaycana qarşı təxribatla əlaqədar rusiyalı həmkarına müraciət edib


Digərləri 17 Apr 2018 14:51:00 236 0

Zakir Qaralov "İzvestiya" qəzetində Azərbaycana qarşı təxribatla əlaqədar rusiyalı həmkarına müraciət edib

Yayılmış məlumatda Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağı və digər şüarlar nümayiş etdirilir.

Bakı. Samir Əli - Baş prokuror Zakir Qaralov “İzvestiya” qəzetinin “İz.ru” informasiya portalının redaksiyası tərəfindən 16 aprel 2018-ci il tarixdə həmin portalda yayılmış məlumatda Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağı və digər şüarların nümayiş etdirilməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət edib.