Bilik Fondunun təcrübəçiləri ATƏT-in hesabatını pislədilər (FOTO)


Digərləri 17 Apr 2018 14:47:00 239 0

Bilik Fondunun təcrübəçiləri ATƏT-in hesabatını pislədilər (FOTO)

Azərbaycan Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru ATƏT-in hesabatına cavab xarakterli məqalə hazırlayıb.

Bakı. Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri və seçki prosesi mətbuatın əsas gündəmini təşkil edir. Yerli və beynəlxalq müşahidəçilərin seçkilərə verdikləri obyektiv qiymət ictimai-siyasi xadimlər tərəfindən dəyərləndirilir, yeni dövrün perspektivləri barədə müzakirələr aparılır. Beynəlxalq müşahidəçilərin seçkiyə obyektiv qiymət verdiklərinə baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) apardığı müşahidələrə dair ilkin rəylərində mənfi fikirlər səsləndirib. İctimaiyyət bu fikirlərin qərəzli olduğu qənaətindədir. Trend-in məlumatına görə, Azərbaycan Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru da ATƏT-in hesabatına cavab xarakterli məqalə hazırlayıb. Fondun mətbuat katibi Ceyhun Musaoğlunun imzası ilə dərc olunan yazı "ATƏT-in 7 iddiasına 8 cavab" adlandırılır. Yazıda ATƏT-in iradlarının heç bir hüquqi əsası olmadığı bildirilir, onların məntiqdən tam kənar olduğu faktlarla diqqətə çatdırılır. Aprelin 17-də bu mövzuda Bilik Fondunda toplantı keçirilib. Fondda istesalat təcrübəsi keçən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İncəsənət Universitetinin beynəlxalq münasibətlər fakültələrində təhsil alan və Bakı Slavyan Universitetində "Yunanşünaslıq" ixtisasına yiyələnən tələbələr C.Musaoğlunun "Azərbaycandakı prezident seçkiləri: nəticələr və perspektivlər" mövzusunda mühazirəsini dinləyiblər. Fondun mətbaut katibi sözügedən məqalədə haqsız ittihamlara verdiyi cavabları təcrübəçilərin diqqətinə çatdıraraq, ATƏT-in hesabatında kifayət qədər yanlış məqamlar olduğunu deyib. Prezident seçkilərində namizədlərə və seçicilərə yaradılmış demokratik şəraitdən bəhs edən natiq bildirib ki, bütün bu uğurları ATƏT müşahidəçiləri görməzdən gəlib və Azərbaycanın rəsmi şəxsləri belə qərəzli rəyin öncədən hazırlandığı qənaətindədirlər. C.Musaoğlu Prezident İlham Əliyevin seçkidən sonrakı çıxışında səsləndirdiyi "gələcək gənclərindir" fikrindən çıxış edərək, dinləyiciləri xüsusən də gələcəyin diplomatları olacaq tələbələri dövlətə qarşı yönələn təhdidlərin qarşısında sipər olmağa çağırıb. Bilik Fondunun mətbuat katibi Azərbaycana qarşı məkrli niyyətdə olan qüvvələrin varlığına işarə edərək, gənclərin hadisələrə açıq düşüncə ilə reaksiya verməsinin, qərəzli münasibətin şaxələnməsinə qarşı çıxmalarının onların vətəndaşlıq mövqeləri ilə əsaslandırıb. Tədbirdə təcrübəçi tələbələr ATƏT-in hesabatında göstərdiyi qərəzli münasibətə etiraz ediblər və bəyanatın real faktlara söykənmədiyini dilə gətiriblər. Sonda iştirakçıların sualları ətraflı cavablandırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin