​“Adıma kredit götürüb məni atdı” Oğul anasını aldadıb 2 arvadının yanına sığındı VİDEO FOTO


Digərləri 17 Apr 2018 14:04:00 279 0

​“Adıma kredit götürüb məni atdı”  Oğul anasını aldadıb 2 arvadının yanına sığındı  VİDEO  FOTO

ARB TV-nin "Sirdaş Rövşanə" proqramında bu dəfə küçədə yaşayan və kimsəsiz Səyyarə adlı yaşlı qadın yardım istəyib.

Son.az bildirir ki, keçmiş qonşusu vasitəsiylə proqrama müraciət edən ana oğlu tərəfindən aldadıldığını iddia edib: "Bir oğlum var o da məni kreditə qoydu. Mənim kartımla pul götürmüşdü. Dedi ki, banklara borcum var. Hər ay kartımdan 100 manat çıxırlar. Oğlumun 2 arvadı var. Binəqədidə qalırdım, evdən atdılar. Oğlum arvadlarının yanında qalırdı. Kirayə pulunu da özüm verirdim. Qaz pulunu istəyirdilər verə bilmirdim. 4000 manat kredit götürdü. 1000 manatı verdi ki, çörək pulu elə, sabah gəlib onu da aldı". Oğlu tərəfindən aldadılan ana ikinci dəfə başqa bir şəxs tərəfindən aldadıldığını da bildirib: "Biləsuvardan Şahin adlı bir oğlan mənə dedi ki, gəl gedək səni analığa götürürəm. Məni Bilgəhə aparıb, kirayə tutdu. Dedi ki, sabah gedək kredit götürək. Bankda dedilər ki, sənə kredit verməyəcəyik, kreditin var. İkinci dəfə də aldandım". Qadının haqlı olub-olmadığı isə növbəti buraxılışlarda aydınlaşdırılacaq.


Xəbərə aid fotolar