Türkdilli xalqlar arasında əməkdaşlığın inkişafı üçün yeni sənədlər imzalanacaq FOTO


Siyasət 17 Apr 2018 13:50:00 106 0

Türkdilli xalqlar arasında əməkdaşlığın inkişafı üçün yeni sənədlər imzalanacaq  FOTO

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyə Cumhuriyyətinin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüş keçirib.

Fonddan Son.az-a verilən məlumata görə, görüş zamanı G.Əfəndiyeva türk dünyası tarixi-mədəni irsinin dünyaya tanıdılması istiqamətində rəhbərlik etdiyi qurum tərəfindən görülən işlərdən və həyata keçirilən layihələrindən bəhs edib, Fondun gələcək planları barədə məlumat verib. G.Əfəndiyeva həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Bakı şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün binanın verildiyini və hal-hazırda orada əsaslı təmir-bərpa işlərinin aparıldığını bildirib.

M.Çavuşoğlu isə öz növbəsində Fond tərəfindən türk dünyasının birliyi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayaraq, Türkiyə hökümətinin Fonda dəstək olduğunu deyib və türkdilli xalqlara xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı həyata keçirilən layihələri yüksək qiymətləndirib.

O, həmçinin Azərbaycana Bakı Qlobal Forumu və Qoşulmama Hərəkatının Nazirlər Konfransı çərçivəsində Bakı şəhərinə son iki səfərini xatırlayaraq Azərbaycanın beynəlxalq çağırışlarla bağlı fikir mübadiləsi aparmaq üçün çox gözəl görüş platformasına çevrildiyini vurğulayıb.

Tərəflər tezliklə keçirilməsi gözlənilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə toplantısında ortaq tarix, dil və mədəniyyətə söykənən türkdilli xalqlar arasındakı əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi baxımından bir sıra mühüm məsələlər, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı sənədlərin imzalanması haqqında müzakirələr aparıblar.

Sonda görüşdə gələcək əməkdaşlığın inkişaf perspektivləri ətrafında danışıqlar aparılıb.

Zərif Nisə Son.az


Xəbərə aid fotolar

Qorxulu anlar: təyyarə yola enib parçalandı  VİDEO  FOTO like
  • 17 Apr 13:45  
Digərləri Qorxulu anlar: təyyarə yola enib parçalandı VİDEO FOTO

Göyərtəsində 3 nəfərin olduğu kiçik təyyarə səmada idarəetməni itir

arrow Ətraflı
Keçmiş klubu Emre Canı qaytarmaq istəyir like
  • 17 Apr 13:44  
İdman Keçmiş klubu Emre Canı qaytarmaq istəyir

"Liverpool"un yarımmüdafiəçisi Emre Can karyerasını Almaniyada d

arrow Ətraflı
Səngəçalda qəza: ölən var like
  • 17 Apr 13:43  
Digərləri Səngəçalda qəza: ölən var

Qaradağ rayonunun Səngəçal qəsəbəsində yol-nəqliyyat hadisəsi baş ver

arrow Ətraflı
Müxalifət Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib like
  • 17 Apr 13:42  
Dünya Müxalifət Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib

Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq Yerevanda keçirilən

arrow Ətraflı
Ermənistan parlamentində təhlükəsizlik rejimi gücləndirilib like
  • 17 Apr 13:41  
Dünya Ermənistan parlamentində təhlükəsizlik rejimi gücləndirilib

Ermənistan parlamentinin binasında təhlükəsizlik rejimi gücləndirilib, b

arrow Ətraflı
Zaqatala İcra Hakimiyyəti: Selin fəsadları aradan qaldırılıb like
  • 17 Apr 13:40  
Digərləri Zaqatala İcra Hakimiyyəti: Selin fəsadları aradan qaldırılıb

Zaqatalada sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb.

arrow Ətraflı
Enerji içkiləri cinsi zəiflik yarada bilər  FOTO like
  • 17 Apr 13:38  
Digərləri Enerji içkiləri cinsi zəiflik yarada bilər FOTO

Enerji içkilərinin seksual həyatı gücləndirdiyi düşünülsə də, əksin

arrow Ətraflı
Xilas eləyəndə boynu sındı, like
  • 17 Apr 13:36  
Digərləri Xilas eləyəndə boynu sındı,

10 yaşlı erkək zürafənin boynu ağacın iki budağı arasında qalmışdı.

arrow Ətraflı
"Tramp Suriyadakı ABŞ qoşunlarını ərəb ordusu ilə əvəz etmək niyyətindədir"  KİV like
  • 17 Apr 13:32  
Dünya "Tramp Suriyadakı ABŞ qoşunlarını ərəb ordusu ilə əvəz etmək niyyətindədir" KİV

ABŞ Prezidenti Donald Tramp Administrasiyası Suriyanın şimal-şərqindəki v

arrow Ətraflı
Rəşad Sadıqovun komandası Macarıstanla qarşılaşacaq like
  • 17 Apr 13:28  
İdman Rəşad Sadıqovun komandası Macarıstanla qarşılaşacaq

21 yaşadək fubolçulardan ibarət Azərbaycan yığması daha bir yolda

arrow Ətraflı
Zaqatala İcra Hakimiyyəti: Selin fəsadları aradan qaldırılıb like
  • 17 Apr 13:27  
Digərləri Zaqatala İcra Hakimiyyəti: Selin fəsadları aradan qaldırılıb

Zaqatalada sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb.

arrow Ətraflı
Qadının yanına uzanıb 15 bıçaq vurdum”  Amansız qatilin etirafları  VİDEO like
  • 17 Apr 13:27  
Kriminal Qadının yanına uzanıb 15 bıçaq vurdum” Amansız qatilin etirafları VİDEO

Aprelin əvvəlində Beyləqanda törədilən qətl hadisəsinin üstü açılı

arrow Ətraflı
"SOCAR Turkey Enerji" TANAP-dan pay alıb like
  • 17 Apr 13:25  
İqtisadiyyat "SOCAR Turkey Enerji" TANAP-dan pay alıb

Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib

arrow Ətraflı
Aİ ilə Azərbaycan arasında yeni saziş ilə bağlı danışıqların vaxtı açıqlandı like
  • 17 Apr 13:25  
Siyasət Aİ ilə Azərbaycan arasında yeni saziş ilə bağlı danışıqların vaxtı açıqlandı

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi

arrow Ətraflı