Səngəçalda qəza: ölən var


Digərləri 17 Apr 2018 13:43:00 244 0

Səngəçalda qəza: ölən var

Qaradağ rayonunun Səngəçal qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Qaradağ rayonunun Səngəçal qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 16-da saat 11 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Ağdaş rayon sakini Mansur Qasımov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini İsgəndər Mehdiyevə məxsus “KamAZ” markalı avtomobilə vurub.