Zaqatala İcra Hakimiyyəti: Selin fəsadları aradan qaldırılıb


Digərləri 17 Apr 2018 13:27:00 249 0

Zaqatala İcra Hakimiyyəti: Selin fəsadları aradan qaldırılıb

Zaqatalada sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb.

Bakı. Samir Əli - Zaqatalada sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb. Bu barədə Trend-ə açıqlamasında Zaqatala rayon İcra Hakimiyyəti başçısının I müavini, Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov məlumat verib. Komissiya sədri bildirib ki, hadisə nəticəsində ən çox ziyan Muxax kəndinə dəyib: "Həmin kənddə bəzi evlərin zirzəmisinə su dolmuşdu, həyətyanı sahələri sel basmışdı. Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsinin əməkdaşlarının köməyi ilə həyətlər və evlərin zirzəmiləri təmizlənib. Məcrasından çıxmış çayların yataqlarında bərkitmə işləri aparılıb. Hazırda işlər davam etdirilir. Hadisə nəticəsində evlərə ciddi ziyan dəyməyib. Kənd sakininə məxsus avtomobili sel aşırıb, bəzi əkin sahələrinə ziyan dəyib. Hazırda rayon rəhbərinin tapşırığı və nəzarəti ilə yerlərdə araşdırmalar aparılır, dəymiş ziyan müəyyənləşdirilir. Dəymiş ziyan müəyyən ediləndən sonra akt tərtib ediləcək və müvafiq qurumlara göndəriləcək".