Azərbaycanda hansı hallarda KİVə senzura və məhdudiyyət qoyulması müəyyənləşir


Digərləri 17 Apr 2018 13:18:00 269 0

Azərbaycanda hansı hallarda KİVə senzura və məhdudiyyət qoyulması müəyyənləşir

Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir.

Son.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə müzakirəyə çıxarılıb.

Əlavələrə görə, hərbi vəziyyət dövründə "Hərbi vəziyyət haqqında" qanuna müvafiq olaraq KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər.