Maykl Oliverə cangüdən verildi


İdman 17 Apr 2018 13:10:00 287 0

Maykl Oliverə cangüdən verildi

Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən "Real" - "Juventus" (1:3) matçının baş hakimi Maykl Oliver təhdid olunur. Onun son saniyələrdə qonaqların qapısına penalti təyin edib Buffonu meydandan qovması birmənalı qarşılanmamışdı. Goal.az xəbər verir ki, Britaniya polisi referi və həyat yoldaşını cangüdənlə təmin edib. UEFA isə Oliverə təhdid dolu ismarıcların gəlməsini pisləyib.

"UEFA Maykl Oliverin ünvanına yönələn təhdidləri qətiyyətlə pisləyir. Biz Mayklla müntəzəm təmasdayıq. Ona dəstək verməyə hazırıq. Ümidvarıq ki, hakimiyyət sosial şəbəkələrdə və ondan kənarda özünü yolverilməz aparan şəxslərə qarşı tədbir görüləcək" - qurumun bəyanatında deyilir.