90 dövlət əmlakı özəlləşdirildi - Bugünkü hərrac (FOTO)


Digərləri 17 Apr 2018 12:56:00 188 0

90 dövlət əmlakı özəlləşdirildi - Bugünkü hərrac (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, bu hərraca müxtəlif çeşidli 90 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsi olub. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aid olub. Hərracda özəlləşən əmlaklar investorlar üçün potensial gəlir mənbəyidir. Belə müəssisələrdən biri Bakının Binəqədi rayonunda yerləşən 69 saylı avtodayanacaqdır. Torpaq sahəsinin 1000 kv.m-ə yaxın olması obyektin iqtisadi rentabelliyini artıran amillərdəndir. Alıcı investisiya qoymaqla obyektin fəaliyyətini öz sahəsi üzrə, həmçinin digər sahələrdə də istifadə edə bilər.