Boliviyada futbolçu və baş məşqçi arasında konflikt yaşanıb


İdman 17 Apr 2018 12:34:00 268 0

Boliviyada futbolçu və baş məşqçi arasında konflikt yaşanıb

Boliviyanın “Nacional Potosi” klubunun futbolçusu Tyaqu Dos Santos ölkə çempionatının XII turunda “Sport Boys”a 0:4 hesabı ilə uduzduqları görüşün 34-cü dəqiqəsində əvəzlənməsinə kobud formada reaksiya verib. Goal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi meydandan çıxandan dərhal sonra baş məqşinin üzərinə gedib və onu itələyərək təhqir edib. Olaya ehtiyat oyunçular skamiyasındakı futbolçular və hakimlər müdaxilə ediblər. Sonda referi braziliyalıya qırmızı vərəqə göstərib. Azlıqda qalan “Nacional Potosi” səfər matçında 4 qolu fasilədən sonra buraxıb.