Təqsirləndirilən: Surxay Əliyev dedi ki, MİS rəhbəri ilə intim münasibətdə olub videoya çək


Digərləri 17 Apr 2018 12:30:00 200 0

Təqsirləndirilən: Surxay Əliyev dedi ki, MİS rəhbəri ilə intim münasibətdə olub videoya çək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə tələb etməkdə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, qəzetin əməkdaşları - Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə tələb etməkdə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, qəzetin əməkdaşları - Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən S.Məmmədsalayevanın ifadəsi elan edilib. Təqsirləndirilən şəxsin ifadəsində bildirilib ki, 2014-cü ildə hədə-qorxu gəlməkdə ittiham edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub. O, həbs edilməsinə S.Əliyev və H.Nəcəflinin səbəb olduqlarını göstərib. Bildirib ki, ailəsindən boşanandan sonra sevgili tapıb və Surxay Əliyev bundan xəbər tutub. S. Əliyev onu otağına çağırıb məsələdən xəbərdar olduğunu deyib və bu məlumatı yayacağını bildirib: "Surxay mənə təklif etdi ki, vəzifəli şəxslər və biznesmenlərlə görüşüb, intim münasibət yaşayacaqsan, onları gizli videoya çəkib, sonra şantaj edərək onlardan pul alacaqsan". S.Məmmədsalayeva qeyd edib ki, rayonlardan birinin MİS rəisi ilə münasibət qurub: "O mənə "Whatsapp"da intim görüntülərini göndərdi. Mən də həmin görüntüləri Surxaya göndərdim. Surxay həmin şəxsi şantaj edib 10 min manat aldı".