Avstraliyada vertolyot qəzası baş verib


Digərləri 17 Apr 2018 12:33:00 202 0

Avstraliyada vertolyot qəzası baş verib

Avstraliyanın cənub-şərqində vertolyot qəzası baş verib.

Bakı. Avstraliyanın cənub-şərqində vertolyot qəzası baş verib. Trend-in məlumatına görə, qəzaya uğrayan vertolyot Kostsyuşko milli parkında yerə düşüb. Məlumata görə, göyərtəsində 3 nəfər olan vertolyot yerə düşdükdən sonra alışıb. Qəza nəticəsində 1 nəfərin - pilotun yaralandığı bildirilir. Digər 2 nəfərin taleyi ilə bağlı məlumat verilməyib.