Mourinyo Poqba ilə bağlı qərarını verdi


İdman 17 Apr 2018 12:17:00 294 0

Mourinyo Poqba ilə bağlı qərarını verdi

Manchester United-in baş məşqçisi Joze Mourinyo Pol Poqbanın satışına razılıq verib.

Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 25 yaşlı yarımmüdafiəçinin çıxışından narazıdır.  Poqbanın xidmətində Fransa təmsilçisi PSG maraqlıdır. Parislilərin artıq onunla danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, 2016-cı ilin yayında İtaliyanın Juventus klubundan 105 milyon avro qarşılığında Manchester United-ə transfer olunan Pol Poqba İngiltərə Premyer Liqasının cari mövsümündə 5 qol vurub və 9 məhsuldar ötürmə verib. O, hazırda İngiltərə Premyer Liqasında ən bahalı futbolçudur.