İşsizlər üçün XƏBƏR! İşaxtaran şəxslərin qeydiyyatı qaydası dəyişdirilir


Digərləri 17 Apr 2018 12:24:00 247 0

İşsizlər üçün XƏBƏR! İşaxtaran şəxslərin qeydiyyatı qaydası dəyişdirilir

Azərbaycanda işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası dəyişdirilir.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası dəyişdirilir. Trend-in məlumatına görə, bu barədə məsələ bu gün Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilən yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsində əks olunub. Qanun layihəsinin komitənin iclasında müzakirəsi zaman əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, ümumiyyətlə, qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, ilk dəfə olaraq iş axtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir: “Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən bu edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir. Layihədə aktiv məşğulluq tədbirlərindən biri hesab olunan və hazırda tətbiqinə önəm verilən özünəməşğulluğa dair yeni maddə daxil edilib. Çünki hazırda qanunda bu tədbiri tənzimləyən müvafiq maddə yoxdur”.