Niderlandda xüsusi "intihar qutuları" hazırlanıb


Digərləri 17 Apr 2018 12:04:00 267 0

Niderlandda xüsusi "intihar qutuları" hazırlanıb

Niderlandın paytaxtı Amsterdamda keçirilən dəfn sənayesi sərgisində “intihar üçün kapsul” təqdim olunub.

Bakı. Niderlandın paytaxtı Amsterdamda keçirilən dəfn sənayesi sərgisində “intihar üçün kapsul” təqdim olunub. Trend-in məlumatına görə, həmin kapsul kosmik raketlərin kapsuluna bənzəyir. Bu qurğu uzun illər evtanaziyanın leqallaşdırılması üçün çıxış edən avstraliyalı Filip Niçke və niderlandlı dizayner Aleksandr Bannink tərəfindən yaradılıb.