Özbəkistanda özbək dilində Xocalı soyqırımı haqında kitab nəşr olunub


Digərləri 17 Apr 2018 11:56:51 303 0

Özbəkistanda özbək dilində Xocalı soyqırımı haqında kitab nəşr olunub

Daşkənddəki “İstiqlol nuri” nəşriyyatı Abduvali Saybnazarovun “Xocalı soyqırımında ölən insanlıq” adlı kitabı özbək və rus dillərində çap edilib.

Bakı. Daşkənddəki “İstiqlol nuri” nəşriyyatı Abduvali Saybnazarovun “Xocalı soyqırımında ölən insanlıq” adlı kitabı özbək və rus dillərində çap edilib. Azərbaycanın Özbəkistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, kitabda “Xocalı-şəhiddlər şəhəri” adlı bölmə ilə açılır. Orada Xocalının coğrafiyası, tarixi və mədəniyyəti, 18-ci əsrə aid Əskəran qalası haqqında məlumat verilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdikləri bildirilir. Kitabda bildirilir ki, amansızlıqla öldürülən 613 nəfərin arasında 106 qadın, 63 uşaq, 70 qoca olub. 8 ailə tamamilə məhv edilib, 56 nəfərin xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirildiyi, 1275 nəfərin itkin düşdüyü, 150 nəfərin taleyi haqqında heç bir məlumat olmadığı qeyd edilir. Topluda deyilir ki, Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri vəhşiliklər Xatın, Xirosima, Naqasaki, Sonqmi, Liditse, Oradur kimi cinayətlərlə bir sırada durur.