Şəmkir, Tovuz və Tatlı stansıyalarının baş yolları əsaslı təmir olunur (FOTO)


Digərləri 17 Apr 2018 11:30:00 229 0

Şəmkir, Tovuz və Tatlı stansıyalarının baş yolları əsaslı təmir olunur (FOTO)

Aprelin 17-də Şəmkir, Tovuz və Tatlı stansıyalarının baş yollarının əsaslı təmirinə başlanılıb.

Bakı. Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. "Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, aprelin 17-də Şəmkir, Tovuz və Tatlı stansıyalarının baş yollarının əsaslı təmirinə başlanılıb. Ümumilikdə 3,3 dəmir yolu təmir olunacaq. Təmir işləri 4 gün davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.