Futbol tarixində belə penalti qərarı verən olmamışdı


İdman 17 Apr 2018 11:13:00 256 0

Futbol tarixində belə penalti qərarı verən olmamışdı

Almaniya Bundesliqasında 30-cu tur başa çatıb.

Goal.az xəbər verir ki, hesabat turunun son matçında Mainz Freiburg 2 cavabsız qolla məğlub edib.

Oyunun birinci yarısının sonunda maraqlı anlar yaşanıb. İlk hissə başa çatmasından sonra komandalar paltardəyişmə otağına gedən zaman baş hakim Quido Uinkmann VAR-a baxaraq qonaqların qapısına penalti təyin edib. Bu səbəbdən Freiburg komandası Mainz-lı futbolçuların meydana dönməsini gözləyiblər. Komandalar tam şəkildə meydana döndükdən sonra penalti yerinə yetirilib və hesab açılıb. Görüşün ikinci hissəsində daha bir qol vuran ev sahibləri 2:0 hesablı qələbə qazanıblar.