Yerevanda polis 30 etirazçını saxladı


Dünya 17 Apr 2018 11:06:00 269 0

Yerevanda polis 30 etirazçını saxladı

Yerevanda sabiq prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə qarşı çıxan aksiya iştirakçıları ilə polis arasında qarşıdurma zamanı 30 etirazçı saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu müxalif "Vətəndaş müqaviləsi" partiyasının lideri, deputat Nikol Paşinyan deyib.

O, saxlanılan şəxslərin qohumlarını və dostlarını polis idarəsinə deyil, küçələrə çıxmağa səsləyib.