Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə 10 mindən çox bildiriş yüklənib


İqtisadiyyat 17 Apr 2018 10:28:23 286 0

Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə 10 mindən çox bildiriş yüklənib

Reyestrin istifadəçilərinin sayı 500-ü keçib

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yanındaDaşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində 500-dən çox istifadəçi qeydiyyatdan keçib, Reyestrə10 mindən çoxı bildiriş yüklənib.

“Report”un verdiyi xəbərə görə, bu barədə MBNP-nın baş icraçı direktoru İbrahim Alışov məlumat verib.

"Azərbaycandakı bildirişlərin strukturu fərqlidir. Bizdə ənənəvi istehlak malları ilə yanaşı sənaye avadanlıqları, bitkiçilik, heyvanlarlıq malları Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyatdan keçib. Bu da biznes subyektərinin analoji kreditlərə əlçatanlığını təmin edəcə.Maliyyə resurslarına çıxış asanlaşacaq".

Xatırladaq ki,Reyest bu il mart ayında istifadəyə verilib.