Azərbaycan xarici işlər nazirinin müavini ECO ölkələri Xarici İşlər Nazirləri Şurasında iştirak edir


Siyasət 17 Apr 2018 10:31:50 282 0

Azərbaycan xarici işlər nazirinin müavini ECO ölkələri Xarici İşlər Nazirləri Şurasında iştirak edir

İştirakçılar ECO layihələrinin və proqramlarının icrası vəziyyətini müzakirə edirlər

Tacikistan paytaxtı Düşənbə şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası başlayıb.

"Report" xəbər verir ki, iclasda Əfqanıstan, İran, Pakistan, Türkiyə və Orta Asiya ölkələrinin xarici işlər nazirləri iştirak edirlər. Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

İştirakçılar ECO layihələrinin və proqramlarının icrası vəziyyətini, ECO Katibliyinin beynəlxalq təşkilatlarla əlaqələrini, ixtisaslaşdırılmış agentliklərin fəaliyyətini müzakirə edirlər.

Xatırladaq ki, ECO Orta Asiya və Yaxın Şərq ölkələri tərəfindən 1985-ci ildə yaradılıb. 1992-ci ildə quruma 7 yeni dövlət - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan qoşulub.