Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçiriləcək


Digərləri 17 Apr 2018 10:11:00 247 0

Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçiriləcək

Azərbaycanda ilk dəfə keçirilməsi nəzərdə tutulan maliyyə sərgisinin gələn ilin ortalarında baş tuta bilər.

Bakı. Azərbaycanda ilk dəfə keçirilməsi nəzərdə tutulan maliyyə sərgisi gələn ilin ortalarında baş tuta bilər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə görüşündə müzakirələr aparılıb. Görüş ASA-nın sədri Mustafa Abbasbəyli, ABA-nın sədri Zakir Nuriyev, AMFİA-nın İdarə Heyətinin sədri Ceyhun İbrahimov və AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşovun iştirakı ilə baş tutub.