ABŞ kosmosda silah yerləşdirəcək


Digərləri 17 Apr 2018 09:05:00 223 0

ABŞ kosmosda silah yerləşdirəcək

ABŞ-ın vitse-prezidenti Mayk Pens hökümətin növbəti ideyasını açıqlayıb.

Bakı. ABŞ-ın vitse-prezidenti Mayk Pens hökümətin növbəti ideyasını açıqlayıb. Trend-in məlumatına görə, Pens Kolorado-Spinqs simpoziumunda çıxışı zamanı deyib ki, Vaşinqton kosmosda öz hərbi qüdrətini genişləndirmək niyyətindədir. Vitse-prezident bunu Rusiya və Çindən gələ biləcək mümkün təhdidlərlə əlaqələndirib. Pens bildirib ki, artıq peyk əleyhinə silahın hazırlanması barədə tapşırıq verilib.