Ölmüş insan beynindən xatirələr çıxarılacaq


Digərləri 17 Apr 2018 08:51:00 340 0

Ölmüş insan beynindən xatirələr çıxarılacaq

İsrailli tədqiqatçılar laboratoriya siçanlarının beyinlərini araşdırıblar. Bu araşdırma çərçivəsində onlar siçanların həyatlarının son dəqiqələrində keçirdikləri duyğular ilə müəyyən genlərin təsiri arasındakı əlaqəni aşkar ediblər. Beləliklə israilli alimlər bizim xatirələrimiz sayəsində beynimizdə qalan genetik işarələri tapıblar.

Son.az technote.az-a istinadən bildirir ki, onlar güman edirlər ki, bu işarələrdən istifadə edərək ölümdən sonra insanın beynindəki xatirələri çıxartmaq mümkündür. Tədqiqatçılar ümid edirlər ki, bu cür kəşf cəmiyyət üçün çox faydalı olacaq. Məsələn polislər qətlə yetirilmiş şəxsin beynindəki xatirələri çıxardıb onları incələyə biləcəklər. Alimlər bu cür perspektivli texnologiyanı maraqlı adlandırsalar da, onu tamamilə gələcək üçün planlaşdırırlar.