Bakıda avtomobil 27 yaşlı gənci vurub
Digərləri 17 Apr 2018 08:30:00 238 0
Bakıda 27 yaşlı gəncib xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Son.az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda baş verib.
Babək prospektində piyadalar üçün müəyyən edilməmiş yoldan keçən 1991-ci il təvəllüdlü Məmmədzadə Xasay Ayaz oğlunu 90-LV-795 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vurub.
Sürücü yaralını xəstəxanaya yerləşdirib.
Faktla bağlı hadisəni törədən Yusubov Azad Tariyel oğlu inzibati məsuliyyətə cəlb edilib.
Mənbə: milli.az