Telefonunuza gələn bu nömrələrə zəng etməyin!


Digərləri 17 Apr 2018 08:25:00 318 0

Telefonunuza gələn bu nömrələrə zəng etməyin!

Tanımadığınız xarici nömrələrdən gələn mesaj və "email"lərin sırasına zənglər əlavə olunub.

Son günlər telefonuna tanımadığı xarici nömrədən zənglərin gəldiyini dəyən şəxslərin sayı artıb. Bu səbəblə, məsələni araşdırmaq qərarına gəldik.

Son.az metbuat.az-a istinadən bildirir ki, İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bununla bağlı bildirib ki, bu cür mesaj və zənglər dələduzluğun bir növüdür:

"Xarici ölkələrdən gələn "email", mesaj və zənglərin məqsədi var. Bunları bir neçə qrupa bölmək olar. Məsələn, xaricdən gələn "email"lər çox vaxt dələduzluq məqsədilə göndərilir. Bank hesablarına pul köçürələcəyi yalanıyla insanların hesablarının şifrələri alınır. Şifrə deyildikdən sonra hesabdakı pul avtomatik olaraq oğurlanır.