Yerevan polisi aksiyaçıları hədələyib


Dünya 17 Apr 2018 08:28:00 273 0

Yerevan polisi aksiyaçıları hədələyib

Yerevan polisi paytaxtda keçirilən etiraz aksiyasının iştirakçılarına kütləvi tədbirə son qoymağı tələb edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Məlumata görə, polis etirazçılara qarşı xüsusi vasitələrdən istifadə ediləcəyini bildirib. Hüquq-mühafizə orqanlarından xəbər verilib ki, Ermənistan polisi kütləvi tədbirə son qoymaq barədə qərar qəbul edib və aksiyanın təşkilatçılarından buna əməl etməyi tələb edib. Polis habelə təşkilatçılara iştirakçıları yubanmadan bu barədə məlumatlandırmağı tələb edib.