Ərdoğan və Merkel Suriyanı müzakirə ediblər


Dünya 17 Apr 2018 08:13:00 238 0

Ərdoğan və Merkel Suriyanı müzakirə ediblər

Bazar ertəsi günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel aralarında telefon danışığı olub.

Son.az Trend-ə istinadən bildirir ki, tərəflər danışıqlar zamanı ikitərəfli əlaqələr və regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Həmçinin ABŞ, Böyük Britaniya və Fransanın Suriyada kimyəvi silahın işlədilməsindən sonra əməliyyatları müzakirə olunub.