Mingəçevir sakini döyülərək ağır xəsarətlər alıb


Digərləri 17 Apr 2018 08:18:00 285 0

Mingəçevir sakini döyülərək ağır xəsarətlər alıb

Mingəçevirdə döyülmə hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, "İncilli" yaşayış massivində qeydə alınıb.

1991-ci il təvəllüdlü Həsənli Rəsul Həsən oğlu naməlum şəraitdə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin qız üstündə yaranmış mübahisə səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.