Orfoqrafiya Komissiyasının sədr müavini: Yeni orfoqrafiya qaydaları ilə bağlı yekun qərar...


Digərləri 17 Apr 2018 07:42:00 305 0

Orfoqrafiya Komissiyasının sədr müavini: Yeni orfoqrafiya qaydaları ilə bağlı yekun qərar...

İsa Həbibbəyli: Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları ilə bağlı yekun qərar bir ay ərzində Nazirlər Kabinetinə təqdim ediləcək Orfoqrafiya Komissiyasının sədr müavini: Yeni orfoqrafiya qaydaları ilə bağl yekun qərar təsdiqlənmə üçün bir ay ərzində Nazirlər Kabinetinə təqdim ediləcək Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları ilə bağl Orfoqrafiya Komissiyasının yekun qərarı təsdiqlənməsi üçün yaxın bir ay ərzində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti adından Nazirlər Kabinetinə təqdim ediləcək.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları ilə bağlı Orfoqrafiya Komissiyasının yekun qərarı təsdiqlənməsi üçün yaxın bir ay ərzində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti adından Nazirlər Kabinetinə təqdim ediləcək. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib. İ.Həbibbəylinin sözlərinə görə, Azərbaycan dilinin orfoqrafiya qaydalarının hazırlanması üzrə Dilçilik İnstitutu ilə Orfoqrafiya Komissiyasının birgə yaratdığı işçi qrup fəaliyyətini yekunlaşdırmaq üzrədir. İşçi qrup bu layihə ilə bağlı cəmiyyətdə, dövrü mətbuatda səslənən fikir və ideyaları sistemləşdirək hesabatlar hazırlayıb. İşçi qrupun gələn həftənin əvvəlində keçirilməsi gözlənilən iclasında bu hesabatlar müzakirə ediləcək. İşçi qrupun müzakirəsindən sonra təkmilləşdiriləcək yekun sənədlər gələn həftə Orfoqrafiya Komissiyasına təqdim ediləcək: