Googleun süni intellekti kütlədə bir nəfərin səsini ayırd edir VİDEO


Digərləri 17 Apr 2018 07:32:00 314 0

Googleun süni intellekti kütlədə bir nəfərin səsini ayırd edir  VİDEO

Bir qayda olaraq, insanlar səs-küylü bir kütlənin içərisindən həmsöhbətin səsini kifayət qədər yaxşı ayırd edə bilirlər. Lakin təəssüf ki, eyni sözləri kompüter barədə söyləmək olmaz. Ancaq "Google" şirkəti bu problemin aradan qaldırılması üçün yeni həll hazırlayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, "Google" şirkətini təmsil edən alimlər qrupu tərəfindən hazırlanmış dərin təlim sistemi danışan şəxsin sifətini tanımaqla yanaşı, konkret səsləri ayırd etmək qabiliyyətinə malikdir.

Nəticədə, süni intellekt sistemi eyni anda bir neçə insan danışdıqda belə bir nəfərin səsini ayırd edə bilir. Hazırda "Google" şirkəti öz məhsullarında bu funksiyadan istifadə etmək imkanını araşdırır.