Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 16 Apr 2018 23:05:00 227 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 74,47 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,1 dollar/barel çoxdur. Son.az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 73,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,12 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 69,19 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,2 dollar/barel çoxdur.