Azərbaycan neftinin son qiyməti


Digərləri 16 Apr 2018 23:01:00 230 0

Azərbaycan neftinin son qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 74,47 dollar/barel təşkil edib.

Bakı. Azad Həsənli - CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 74,47 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,1 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 73,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,12 dollar/barel çoxdur.