"The Washington Post": Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salıb


Dünya 16 Apr 2018 22:50:00 321 0

"The Washington Post": Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salıb

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salmağı göstəriş verib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı məlumatlı mənbələrə istinadən xəbər verib.

Qəzetə görə, Tramp müşavirləri  ilə ətraflı müzakirələrdən sonra Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq olunmasını təxirə salıb.